Güclü şahmatçılar Şəmkirə toplaşdılar

Turnir aprelin 30-dək davam edəcək.

-
Aprelin 19-da Şəmkirdə tanınmış şahmatçı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş «shamkir chess 2014» beynəlxalq şahmat turniri işinə başlayıb.

Turnir münasibətilə «Azərmarka» şirkəti dövriyyəyə Vüqar Həşimovun şəkli olan marka buraxıb.

Turnirdə hazırkı dünya çempionu Magnus Carlsen (Norveç), beynəlxalq reytinq siyahısında 5-ci olan Fabiano Caruana (İtaliya), FIDE-nin reytinqində 7-ci mövqedə qərarlaşan Hikaru Nakamura (ABŞ), 9-cu pillədə olan Sergey Karjakin (Rusiya), o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (11-ci) Teymur Rəcəbov (34-cü) iştirak edir.

Aprelin 30-dək davam edəcək «A» turnirinin mükafat fondu 100 min avrodur.