Bir zamanların paytaxtı, indinin xərabəsi - Ani

Ani xərabələri Türkiyənin şərqində, Qars vilayətində yerləşən Orta Əsrlər dövrünə aid İpək Yolu üzərində strateji əhəmiyyətli şəhər olub.

Şəhər indiki vilayət mərkəzindən 48 km uzaqlıqda, Ermənistanla sərhəddə, Arpaçayın qərb sahillərində yerləşir.

Şəhərin adı VI əsrə aid ədəbiyyatlarda Gamsaragan adlı erməni sülaləsinə aid bəylərə aid olduğu qeyd edilir.

Şəhər ən parlaq dövrünü X əsrdə II Sumbat və oğlu Gaqik zamanı yaşamışdı. Bu dövrlərdə şəhər əhalisinin sayı 100 mini keçdiyi iddiaedilir.

1045-ci ildə Bizans ordusu Anini işğal etdib paytaxtı bu şəhər olan Baqratilər dövlətinə son verdikdən sonra müdafiəsiz qalan ərazi 1064-cü ildə Səlcuk sulatı Alparslana təslim olmuşdu.

1045-ci ildə Bizans ordusu Anini işğal etdib paytaxtı bu şəhər olan Baqratilər dövlətinə son verdikdən sonra müdafiəsiz qalan ərazi 1064-cü ildə Səlcuk sulatı Alparslana təslim olmuşdu.

Selcuklulardan bir müddət sonra şəhər və ətrafı Şəddadilər dövləti tərəfindən nəzarət altına alınmışdı. Bu şəhərdə ən əhəmiyyətli İslam əsəri 1072-ci ildə Şəddadi hökmdarı Məniçöhr tərəfindən tikdirilmiş "Məniçöhr" məscididir.

Qərbdən Şərqə gedən ticarət karvanlarının keçdiyi Arpaçay üzərində qədim körpü.

Şəddadilərdən sonra bu ərazi gürcü bəyləri tərəfində işğal edilmiş və həmin dövrdə bu kilsə inşa edilmişdir. Ərazidəki xristian abidələr əsasən bu dövrə təsadüf edir.

Şəddadilərdən sonra bu ərazi gürcü bəyləri tərəfində işğal edilmiş və həmin dövrdə bu kilsə inşa edilmişdir. Ərazidəki xristian abidələr əsasən bu dövrə təsadüf edir.

Gürcü bəylərinin işğalı zamanı inşa edilmiş kilsə.

Kilsə I Dünya Müharibəsi zamanı Osmanlı-Rus döyüşlərindən də öz nəsibini almışdır. Kilsə divarlarındakı güllə izləri bizə o günlərdən xatirədir.

Kilsə I Dünya Müharibəsi zamanı Osmanlı-Rus döyüşlərindən də öz nəsibini almışdır. Kilsə divarlarındakı güllə izləri bizə o günlərdən xatirədir.

Ani şəhəi ilə üz-üzə, Arpaçayın o biri üzündə daş karxanasında işləyən ermənilər.

Ani şəhərində arxeoloji qazıntılar zamanı aşkar edilmiş məhəllələr.

Qədim şəhərcikdə yemlik yığan yaxınlıqdakı kənd sakinləri.

Gürcülərdən sonra şəhər xronoloji ardıcıllıqla Monqol, Cəlayirlilər və Qaraqoyunluların nəzarəti altında olmuşdur.

1319-cu ildə Anidə əvvəlcə baş vermiş zəlzələ, sonra isə buranı işğal edən Teymurləngin ordusu şəhəri darmadağın etmişdir. Buna baxmayaraq XVI əsrə qədər şəhərdə yenə də yaşayış olmuşdur. 1535-ci ildə baş vermiş Osmanlı-Səfəvi müharibəsindən sonra isə şəhərdə bir daha insan yaşamamışdı.