-
“Rəsmi Bakı jurnalisti azad etməli, Ankara da onun ölkədən məcburi çıxarılmasını araşdırmalıdır”.
Human Rights Watch təşkilatının “Ayna-Zerkalo” qəzetlərinin müxbiri Rauf Mirqədirovunun həbsi ilə bağlı aprelin 24-də yaydığı bəyanatda belə deyilir.
Təşkilat bildirir ki, jurnalist Rauf Mirqədirovun Türkiyədən zorla və tələsik çıxarılmasından sonra Azərbaycanda tutulması bu həbsin iki ölkə arasında koordinasiyalı bir əməliyyat şəklində həyata keçirildiyinin əlamətlərini göstərir və bu, beynəlxalq hüquq normalarının pozulmasıdır.
Bəyanatda deyilir ki, Mirqədirovun vəkillə təmin olunmasına və zəruri hüquqi müdafiəsinə şərait yaratmadan zorla Azərbaycana göndərilməsinə görə Türkiyə tərəfi üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəlikləri pozub.
“...O, HƏBSDƏN AZAD OLUNMALIDIR”
“Heç bir zəruri hüquqi müdafiə təmin olunmadan jurnalistin Azərbaycana zorla göndərilməsində Türkiyə və Azərbaycan arasında əməkdaşlıq ehtimalı dərhal və hərtərəfli araşdırılmalıdır. Mirqədirova qarşi sürülən ittihamların müstəqil şəkildə araşdırılması bitənə qədər o, həbsdən azad olunmalıdır,” deyə Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin müavini Rachel Denber bildirir.
Human Rights Watch təşkilatının bəyanatında daha sonra deyilir ki, Mirqədirov Azərbaycanda və Türkiyədəki baş verən siyasi hadisələri təhlil edib və insan hüquqları ilə bağlı müxtəlif məqalələrlə mətbuatda çıxış edib:
“Jurnalist hər iki ölkədəki pisləşən siyasi durumu və insan hüquqları pozuntularını öz məqalələri və şərhlərində tez-tez tənqid etmişdir. Son dövrlərdəki yazılarında o, Azərbaycanda 8 gənc fəalın həbsini və onların işi üzrə davam edən məhkəməni ciddi tənqid etmişdir. Digər bir yazısında o, Türkiyə hökumətinin YouTube şəbəkəsini qapatması qərarını sərt şəkildə tənqid etmişdir. Jurnalist fəaliyyəti ilə yanaşı, Mirqədirov həm də Dağlıq Qarabağ - Azərbaycanın tərkib hissəsi olan və əhalisinin çoxu etnik ermənilərdən olan muxtar bölgə - münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası istiqamətində müxtəlif təşəbbüslərdə iştirak edib. Münaqişə tərəfləri arasında etimad və dialoqun qurulması məqsədi ilə qeyri hökumət təşkilatları tərəfindən təşkil edilən bir sıra tədbirlərin içtirakçısı olub,” deyə bəyanatda vurğulanır.
2010-cu ilin avqustdan ailəsi ilə birgə Ankarada yaşayan jurnalist aprelin 19-da Türkiyədən deportasiya edilib və Azərbaycanda həbs olunub. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb. Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist barəsində 3 aylıq həbs qərarı seçilib. Rauf Mirqədirov ona qarşı irəli sürülən ittihamları əsassız sayır.