“Mən insan haqları müdafiəçisi Leyla Yunusun və həyat yoldaşının Bakı hava limanında saatlarla saxlanması və üstlərində axtarış aparılması, öz vəkili ilə görüşməsinin çətin olması və bundan sonra prokurorluqda dindirilməsi xəbərlərindən çaş-baş qaldım”.
Bunu Leyla Yunusun saxlanması ilə bağlı Avropa Şurasının İnsan haqları Komissarı Nils Muiznieks öz bəyanatında bildirir.
“Təəssüf ki, bu, Azərbaycanda tənqidi səslərə qarşı repressiyaların və onların qorxudulmasının genişlənməsinə daha bir nümunədir.
Bu problem dəfələrlə qaldırılıb. Sonuncu dəfə keçən həftə Azərbaycandakı müşahidələrin dərc olunması ilə bu problem qaldırıldı və Azərbaycan hökumətindən deyilənlərə reaksiya verməyi xahiş etdik”
Muiznieks hesab edir ki, “Hakimiyyət belə praktikanı dərhal dayandırmalıdır. İfadə azadlığı, sərbəst toplaşma azadlıqlarına hörmət qoyulması üçün təcili addımlar atmalıdır. Azərbaycan Avropa Şurasının üzvü kimi özünün insan haqları sahəsində öhdəliklərinə və vəzifələrinə riayət etməlidir”.
Bakıdakı Britaniya səfirliyi də Leyla Yunusun saxlanması və dindirilməsi xəbərlərinə reaksiya verib:
“Biz dünən Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun saxlanması xəbərlərindən narahat olduq. Leyla və Arif Britaniya səfirliyi ilə yaxından işləyirlər və biz Arif Yunusun Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün daha əlverişli mühitin yaradılması məqsədi daşıyan layihələrini maliyyələşdirmişik”.