ABŞ səfiri Leyla Yunusla görüşüb

Leyla Yunus

-

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mayın 5-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar-la görüşüb.

Bu barədə AzadlıqRadiosuna səfirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda görüşün Leyla Yunusun təşəbbüsü ilə baş tutduğu bildirilsə də, əlavə məlumat verilmir:

«Dövlətə xəyanət»də ittiham olunan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı Leyla və Arif Yunuslar aprelin 28-də Bakı hava limanından geri qaytarılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların evində və ofisində axtarışlar aparıb. Bir gün sonra Leyla Yunus baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində dindirilib.