“Cümə” məscidi “Məşədi Dadaş”a qalib gəlib

-
Dini icmalar arasında Heydər Əliyevin 91 illik yubleyinə həsr olunmuş “tolerantlıq kuboku”nda Sumqayıtın “Cümə” məscidinin komandası qalib olub.

Sumqayıt komandası finalda ötən ilki çempionatın finalisti “Məşədi Dadaş” məscidinin komandası ilə qarşılaşıb.

Final oyununun əsas vaxtı 3:3 bitdiyindən qalib penaltilərdə bəlli olub. Penaltilər 8:7 hesabı ilə Sumqayıt “Cümə” məscidi xeyrinə yekunlaşıb.

16 dini icma iştirak etdiyi turniri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Milli Tolerantlıq Mərkəzi təşkil edib. Dini icmalar arasında futbol yarışmaları 2013-cü ildən keçirilir.