-
İkinci cahan savaşının iştirakçısı, 95 yaşlı Sərvəz Tarverdiyev deyir ki, keçdiyi ömür yolu həmişə qalmaqallı olub. Müharibədə piyada atıcı kimi vuruşmuş Sərvəz Tarverdiyev Rumıniya, Macarıstan və Polşada olub. Bir neçə dəfə yaralanıb. Ağır yaraya baxmayaraq döyüşlərini davam etdirib. Almaniya sərhədinə 60 kilometr qalmış yenidən yaralanıb və evə buraxılıb. O, yaralandığı anı belə xatırlayır:
«DƏMİR YOLUNDA YARALANDIM...»
«Daşkəsəndən getdik Odessaya. Orda bir uşaq gəldi. Bizə dedi ki, gəmiyə minməyin, təhlükəlidir, gəmini batıracaqlar. Axşamçağı 3 min nəfər mindik gəmiyə. Sonra gəmi sahilə çatanda təyyarələr gəldi gəmini batırdılar, mən sağ qaldım. Üç nəfər idik, dəmir yolunda yaralandım, çanağımdan yaralandım. Məni xəstəxanaya apardılar. Həkim yüzə qədər saydı, narkoz götürmürdüm. Mənə bulaq suyu verdilər».
HƏBS VƏ DEPORTASİYA...
Sərvəz Tarverdiyev müharibədən qaydandan sonra da narahat həyat yaşayır. O deyir ki, müharibədən qayıdanları qalib kimi qəbul etsələr də, arxada çalışan məmurlar müxtəlif bəhanələrlə onları həbsə atırdılar. O da saxta ittihamlarla 5 il həbsdə yatıb. Həbsdən sonra onun yaşadığı Astara rayonun İranla sərhədə yaxın Unuz və daha 5 kəndinin sakinləri deportasiya olunurlar. Dediyinə görə, həyatda yaxşı gün görməyib.
Sərvəz Tarverdiyevin yaşadığı evə baş çəkirik. Onun dağılmaqda olan köhnə evi barəsində AzadlıqRadiosunda məlumatlar getmişdi. Bundan sonra qızı onun üçün həyətində yeni ikiotaqlı ev də inşa edib. Müharibə veteranı əl ağacı ilə həyətə düşür. Köhnə tanış kimi görüşürük. O, hər gün evindən şəhər mərkəzində yerləşən çayxanaya baş çəkir. Burda görüşdüyü adamlarla dərdini bölüşür.
ASTARADAN SAVAŞA GEDƏNLƏRDƏN HƏR 3 NƏFƏRDƏN 1-İ QAYITDI...
Astara Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı Elnarə Əhmədova deyir ki, Sərvəz Tarverdiyev rayonda müharibədən qayıdan 2512 nəfərdən biridir. Onun sözlərinə görə Astardan İkinci Dünya Müharibəsində 6500 nəfərdən çox adam iştirak edib. Onlardan 3000 nəfəri müharibədə həlak olub, mini isə itkin düşüb. Bildirir ki, Astardan 3 nəfər Sovet İttifaqı qəhrəmanı adına layıq görülüb. Onlardan biri də akademik Ziya Bünyadov olub:
«Sovet ittifaqı qəhrəmanı Ziya Bünyadov aramızda yaşamış və burada anadan olmuşdur. Ona Azərbaycanın fəxri vətəndaşı adı verilmişdi».
ÖZ ƏCƏLİ İLƏ ÖLMƏYƏN QƏHRƏMANLAR...
Tarixçi Tarif Əliyev isə deyir ki, Astardan olan Sovet İttifaqı Qəhrəmanları müharibədən sağ qayıtsalar da öz əcəlləri ilə ölməyiblər. Sovet ittifaqı qəhrəmanı İlya Kaverin maşın qəzasından sonra vəfat edib. İndi də belə fikir dolaşır ki, qəza təsadüfü olmayıb. Digər Sovet ittifaqı qəhrəmanı Mirzə Cəbiyev də cavan yaşında vəfat edib. Deyilənə görə, onun ölümünə səbəb o vaxtlar rayon partiya komitəsində çalışanlar olub. Sovet ittifaqı qəhrəmanı Ziya Bünyadov isə Azərbaycanın müstəqilliyi dövründə qətlə yetirilib. Əsil qatillərin indiyədək aşkarlanmadığı güman edilir.
Astarada «41-45» abidəsi kompleksinin yeri də bir neçə dəfə dəyişdirilib.