Suriyada islamçılar arasında Qırğızıstandan 19 adam vuruşur

Qırğızıstan rəsmiləri bildirirlər ki, ölkənin cənubundakı Cəlalabad regionundan 19 adam Suriyada islamçı dəstələrində vuruşur.

Milli Təhlükəsizlik Komitəsi bildirir ki, Türkiyənin Təhlükəsizlik nazirliyi Suriyada islamçılar arasında vuruşan 3 qırğız vətəndaşının Qırğızıstana qaytarılmasına kömək edib. Onların hər 3-ü Cəlalabaddandır.

Bu ayın əvvəllərində Suriyaya getmək istəyən 5 Cəlalabad sakini saxlandı.

Qırğızstanın Milli Təhlükəsizlik Komitəsinin bundan əvvəlki məlumatına görə, Suriyada vuruşan qırğız vətəndaşlarının sayı 70 idi. Sonradan onların bəziləri öz ölkəsinə qayıtdı.