Gənc bloqqer 5 il yarım azadlıqdan məhrum edildi

Əbdül Əbilov

-
Mayın 27-də Ağır Cinayətlər Məhkəməsində gənc bloqqer Əbdül Əbilova 5 il yarım iş verilib.

Bloqqerin vəkili Xalid Bağırov AzadlıqRadiosuna bildirib ki, onlar hökmü ədalətsiz sayırlar və apellyasiya şikayəti verəcəklər.

Əbdül Əbilovun məhkəmədəki çıxışının tam mətni ilə burada tanış ol.

Ə. Əbilov keçən ilin noyabrında həbs olunub. O, külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunur.

Əbilov «Facebook»da «Yaltaqlara dur deyək» səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.