Fantastika+fantastika!

-
"Dünya Ədəbiyyatı Kitabxanası" seriyasından 4 yeni kitab nəşr edildi.

Bununla da 150 cildlik layihədən artıq 98 kitab işıq üzü görmüş oldu.

Yeni kitablar:

1. Albert Camus - “Seçilmiş əsərləri”

2. Dünya elmi-fantastik ədəbiyyatı antologiyası, 1-ci cild

3. Dünya elmi-fantastik ədəbiyyatı antologiyası, 2-ci cild

4. Dünya yazıçılarının nağılları


Kitablara burda abunə yazılmaq olar
Kitablar haqda ətraflı


Albert Camus, “Seçilmiş əsərləri”

“Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan bu kitabda yazıçının Nobel nitqi, “Taun”, “Çöküş”, “Yabançı” romanları, müxtəlif hekayə və esseləri yer alıb.


Dünya elmi-fantastik ədəbiyyatı antologiyası, 1-ci cild

Bu kitaba Edmond Hamilton, Endrü Norton, Artur Klark, Alfred Van Qoqt, Mişel Demüt, Yanuş Şablitski, Nils Nilsenin əsərləri daxil edilib. Oxucuların diqqətinə təqdim edilən bu əsərlərdə fantastika janr rəngarəngliyinə görə klassik bədii ədəbiyyatdan, demək olar ki, fərqlənmir.


Dünya elmi-fantastik ədəbiyyatı antologiyası, 2-ci cild

“Dünya elmi-fantastik ədəbiyyatı antologiyası”nın II cildində dünya ədəbiyyatının fantastik janrında yazan Amerika, Yaponiya və Rusiya yazarlarının əsərləri toplanıb.


Dünya yazıçılarının nağılları

İnsan fantaziyaları, təxəyyülləri üçün ən uğurlu meydan, ən optimal məkan məhz nağıl mətnləridir. Bütün dünya nağıllarının süjet xəttində, məzmununda, ideyasında bənzərliyin, hətta eyniliyin olması təsadüfi deyil. Yəni hər birinin öz Zoluşkası, öz Göyçək Fatması və s. vardır. Dünya müəlliflərinin nağılları sırasında Xristian Hans Andersen, Hofman, Hauf, Qrimm qardaşları, Donald Bisset, Canni Rodari, Edqar Po, Herman Hesse, Astrid Lindqren, Oskar Uayld, Çarlz Dikkens kimi yazıçıların nağılları özünəməxsus iz qoyub.