İyunun 8-də Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları Asif Bəkirova məxsus evdə «Yəhova şahidləri» dini təriqətinin 22 üzvünü saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, onların «Yəhova şahidləri» dini təriqətini təbliğ etdikləri müəyyən olunub.
Evə baxış zamanı 22 nəfər saxlanılıb, təbliği və yayılması qanunla qadağan olunmuş 13 ədəd dini kitab götürülüb.
Saxlanılanlardan A. Bəkirov, oğlu Elçin və Beyləqan rayon sakini Rza Babayev izahatları alındıqdan sonra azad buraxılıb.