-
«Plov günü», «Etüd», «Disiplin», «Olimpiadaçılar», «Maklube»... Bu kəlmələr facebook-da «Lisey uşağı» adlanan səhifənin örtük şəklindəndir.
«Çağ Öyrətim İşlətmələri» kurslarının, liseylərinin bağlanması sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Lisey məzunları, müəllimlər, valideynlər müxtəlif səhifələrdə, #LiseyimiziBağlama açar sözü altında həm etirazlarını bildirirlər, həm də liseylə bağlı xatirələrini bölüşürlər. Profil şəkillərinə «Çağ Öyrətim» loqosunu qoyanların da sayı çoxdur.
Canlı efir
İyunun 27-də axşam saat 7-də Azadlıq FM-də «Araz» kurslarının və «türk liseyləri»nin bağlanmağına sosial şəbəkələrdəki yanaşmalardan söz açılacaq.
Verilişin sualı: «Çağ Öyrətim» liseylərinin bağlanmağı təhsilin durumuna necə təsir edəcək?
Sən də qoşul. Fikirlərini paylaş. Hədiyyəli sualın cavabını tap və qalibə çevril!
Əlaqə vasitələri:
SMS yaz: 050/744-10-17
Efir zamanı zəng et: 012/436-77-42
E-mail yolla: efir@azadliqradiosu.az
Bizə Facebook-dan da yaza bilərsən