«Cahandar ağa» - Ələddin Abbasov vəfat edib [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Müxbirimiz Gülnur Raqifqızının bir neçə il əvvəl hazırladığı video reportaj.

-

İyulun 13-də səhər saatlarında Gəncədə yaşayan aktyor Ələddin Abbasov 92 yaşında vəfat edib.

Bu haqda AzadlıqRadiosuna Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov məlumat verib.

Dəfn mərasimi iyulun 14-də keçiriləcək.

Ələddin Abbasov bir çox film və tamaşalarda oynasa da daha çox “Dəli Kür” filmindəki Cahandar ağa obrazı ilə tanınmışdı. Aktyor yüzə yaxın personaja səhnə ömrü verib.

Ans Press-in məlumatına görə, aktyor son vaxtlar ayaq ağrılarından əziyyət çəkirdi və yeriyə bilmirdi.