-
Nəsimi rayon Məhkəməsi jurnalist Rauf Mirqədirovun həbs müddətini uzadıb.
Bu haqda AzadlıqRadiosuna vəkil Elmar Süleymanov məlumat verib.
İstintaq orqanının təqdimatı ilə məhkəmə jurnalist barəsində seçilən həbs-qətimkan tədbirinin 4 ay uzadılması haqqında qərar qəbul edib.
2010-cu ildən Türkiyədə yaşayan «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya olunub və Bakı hava limanında həbs edilib.
Vətənə xəyanətdə ittiham olunan jurnalist hazırda MTN istintaq təcridxanasında saxlanılır.