Bakıda «Mehriban Əliyeva: tərəqqi və yüksəliş yolları ilə» kitabının təqdimat mərasimi keçirilir.
AzərTAc-ın verdiyi məlumata görə, tədbiri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Yeni Azərbaycan Partiyası təşkil edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Mehriban Əliyevanı müasir dövrdə həm ictimai-siyasi, həm xeyriyyəçilik fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunə olduğunu deyib.
Bildirilib ki, kitabda Mehriban Əliyevanın Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafı sahəsində gördüyü işlər, onun Azərbaycanı beynəlxalq aləmdə təmsil etməsi və xeyriyyəçilik fəaliyyəti ilə bağlı materiallar toplanıb.
Mehriban Əliyeva haqqında yazılan kitabın elmi redaktoru və ideya müəllifi Azərbaycan Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlı, elmi məsləhətçisi isə Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, Kamilə Əliyevadır.