Dini Qurumlarla İş üzrəKomitəyə Mübariz Qurbanlının təyinatına nə deyirsiz?

İyulun 21-də prezident İlham Əliyev Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi barədə sərəncam imzalayıb.

Mübariz Qəhrəman oğlu Qurbanlı 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tarix elmləri namizədi, dosentdir.

Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir. Milli Məclisin üzvüdür.

M. Qurbanlıya qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov olub. May ayında prezident onu vəzifəsindən azad edib. Bəzi yerli media orqanları Recep Tayyip Erdoğan-ın Azərbaycana səfərində İlham Əliyevə Bakıdakı «Gülən camaatı»yla bağlı siyahı təqdim etdiyini, həmin siyahıda Elşad İskəndərovun da adının olduğunu bildirirdi.