-
Avqustun 2-də «Nizami» Kino Mərkəzində Milli Kino Günü ilə bağlı bayram tədbiri keçiriləcək.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva xəbər yayıb.
Onun sözlərinə görə, Milli Kino Günündə yeni bədii filmin təqdimatı keçiriləcək.
Rejissor Elçin Musaoğlunun çəkdiyi, «Azərbaycanfilm» kinostudiyasının istehsalı olan «Nabat» tammetrajlı bədii filmi «Nizami» Kino Mərkəzində göstəriləcək.
Tədbirdə kino veteranların mükafatlandırılacağı gözlənilir, film istehsalında fərqlənmiş kino mütəxəssislərinə də həvəsləndirici mükafatlar veriləcək.
Mərkəzin foyesində Dövlət Rəsm Qalereyasının təşkil etdiyi sərgidə Azərbaycan filmlərinə çəkilən geyim və dekor eskizləri nümayiş olunacaq.