Rusiya Azərbaycana sifariş verib

Rusiya Dəniz Gəmiçilik Registri Azərbaycanın «Bakı Gəmiqayırma Zavodu» MMC-yə üç ədəd 38M tipli yüksək sürətli sərnişin katerinin inşasını sifariş verib.

APA-nın «Portnews»a istinadən verdiyi məlumata görə, artıq tərəflər arasında müqavilə bağlanıb, katerlərin tikintisinə avqust ayında başlanacaq. Müqavilə üzrə sifarişlər 2016-cı ilin may ayınadək başa çatdırılmalıdır.

Uzunluğu 38,22 metr, eni 8.2 metr, işçi heyəti 8 nəfər təşkil edən katerlər 80 nəfərlik heyəti və yükləri mobil dəniz qazma qurğularına, dənizdəki digər neft və qaz obyektlərinə daşımaq üçün nəzərdə tutulur.