Avqustun 4-də vəkil Xalid Bağırov həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovla görüşüb. Xalid Bağırovun AzadlıqRadiosuna bildirdiyinə görə, Rəsul Cəfərov ona qarşı irəli sürülən ittihamları qəbul etmir:
«Əhval-ruhiyyəsi yüksək səviyyədə idi. Hələlik karantindədir, bugün normal kameraya köçürülməlidir. Ona qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edir və həbsini siyasi sifarişli sayır».
Rəsul Cəfərov avqustun 2-də həbs olunub. Ona qarşı qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri irəli sürülüb.