İranda azərbaycanlı yazar Səid Muğanlı həbs olunub

Sizin brauzer HTML5-i dəstəkləmir

İranda azərbaycanlı yazar və jurnalist Səid Muğanlı iyunun 5-də həbs olunub. O, 2007-2008-ci illərdə Bakıda keçirilən ədəbi məclislərin iştirakçısı olub. Qayıdan da isə İranın dövlət quruluşuna qarşı fəaliyyətdə ittiham olunaraq həbs olunmuş, bir müddətdən sonra isə girov müqabilində sərbəst buraxılmışdı. Səid Muğanlı Bakıda ikən AzadliqRadiosunun "Can Bakı" proqramının da qonağı olmuşdu. Həmin proqramın audio yazısını təqdim edirik.