15-ə qədər QHT regional koalisiyada birləşib

Gəncədə 15-ə qədər Qeyri-Hökumət Təşkilatı «Dağ mədəni sənayesində şəffaflıq» adlı regional koalisiyada birləşib. Koolisiyanın rəhbəri İrşad Abbasovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, əsas məqsəd dağ mədən sənayesinin istismarından əldə edilən gəlirlərə ictimai nəzarətin təmin edilməsidir: «Qərb regionunda xarici və yerli şirkətlər yeraltı sərvətlərin istismarına başlayıb. Koalisiya yeraltı sərvətin gətirdiyi gəlirlərin yerli əhalinin sosial problemlərinin həllinə nə dərəcədə yönəldildiyini, Gədəbəydə qızıl, Daşkəsəndə filiz yataqlarının işlənməsindən əldə edilən gəlirlərin harda toplandığını araşdıracaq, monitorinqlər və media vasitəsilə ictimai nəzarəti təmin etməyə calışacaq».


«Dağ mədəni sənayesində şəffaflıq» koalisiyası Bakıdaki oxşar koalisiyayla da əməkdaşlıq edəcək.