Vergilər Nazirliyi (VN) şadlıq sarayları, əyləncə mərkəzləri və restoranlardan, eləcə də müğənnilər, musiqiçilər və şoumenlərdən vergi yığılmasını təkmilləşdirmək niyyətindədir. Bununla bağlı ayrıca qanun layihəsi hazırlanacaq. VN-dən verilən məlumata görə, bu ilin altı ayında şadlıq sarayları təxminən 3 milyon manat verginin ancaq üçdə birini ödəyiblər. Bakıda müsiqi-əyləncə xidməti ilə məşğul olan 414 vergi ödəyicisi, yəni müğənnilər və digər sənətçilər isə bu müddə t ə rzində dövlət büdcəsinə 20 min manata yaxın pul keçiriblər. Başqa sözlə, bir müğənni və ya müsiqiçi dövlət büdcəsinə ayda orta hesabla 22 manat ödəyib.