Nardaranda etiraz aksiyası keçirildi

Avqustun 11-də Nardaran kəndində İsrailin Livana qarşı hərbi əməliyyatlarına etiraz olaraq aksiya keçirilib. Aksiyada 50-yə yaxın adam iştirak edib. Onlar «Allahu-Əkbər!» şüarları səsləndirib, İsrail və ABŞ əleyhinə çıxışlar ediblər. Kənd sakinləri çıxışlarda Azərbaycan hökumətindən İraq və Əfqanıstandakı sülhməramlıları çıxarmağı tələb ediblər.


Son günlər Azərbaycan İslam Partiyası və Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiəsi Mərkəzi də oxşar aksiyalar keçirib.