Bakı-Surqut reysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından uçan təyyarə qəza enişi etdiyi üçün uçuş təxirə salınıb. Qəza enişinə səbəb isə texniki nasazlıq olub. Xəsarət alan olmayıb. Hava Limanının məlumat bürosundan verilən məlumata görə, Bakı-Surqut reysi avqustun 14-də bərpa olunacaq.