Bakıda güləş üzrə Dünya Çempionatı keçiriləcək

2007-ci il sentyabrın 18-23-də Bakıda sərbəst və Yunan-Roma güləşi üzrə Dünya Çempionatı keçiriləcək. Bu barədə qərar Gənclər və İdman naziri Azad Rəhimov və Azərbaycan Güləş Federasiyasının prezidenti Abbas Abbasovun İsveçrədə Beynəlxalq Güləş Federasiyasının rəhbəri Rafael Martinetti ilə görüşündə qəbul olunub.


Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Raqif Abbasovun verdiyi məlumata görə, həm kişilər, həm də qadınlar arasında təşkil olunacaq Dünya Çempionatı 2008-ci ildə keçiriləcək Pekin Olimpiadasına lisenziya qazanmaq imkanı verəcək. Azərbaycan komandasına isə ev sahibi kimi bütün çəki dərəcələrində təmsil olunmaq şansı yaranıb. Cənab Abbasov deyir ki, Azərbaycan idmançıları bu imkandan maksimum yararlanmağa çalışacaqlar.