Ədliyyə Nazirliyi bələdiyyələrlə iş mərkəzinin rəhbəri Mehdi Səlimzadə deyir ki, son iki ildə bələdiyyələrin işində 22 qanun pozuntusu aşkarlanıb. Bununla bağlı Respublika Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Pozuntular maliyyə vəsaitinin və bələdiyyə mülkiyyətinin idarəsi ilə bağlıdır. Onlardan ikisi şərti olaraq azadlıqdan məhrum olunub.