Noyabrda türkdilli dövlət başçılarının zirvə görüşü olacaq

Sentyabrın 17-də Türkiyənin Antalya şəhərində türk dövlətləri və muxtar qurumlarının növbəti qurultayı keçiriləcək. Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Turan Moralı məlumat verib. Səfir bildirib ki, 2006-cı ilin noyabr ayında isə Antalyada türkdilli dövlət başçılarının növbəti zirvə görüşü olacaq.


Türkdilli dövlət başçılarının sonuncu zirvə görüşü 2001-ci ildə İstanbulda keçirilib.