İslam Konfransı Təşkilatının tədbiri başa çatdı

Sentyabrın 12-də İslam Konfransı Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin toplantısı başa çatıb.


Tədbir iştirakçıları 12 bənddən ibarət Bakı bəyannaməsi qəbul ediblər. Həmin sənəddə Dağlıq Qarabağın işğalı, xüsusən də İslam mədəniyyətinə xas obyektlərin dağıdılması pislənilib. Bundan başqa, sənəddə bütün münaqişələrin tez bir zamanda sülh yolu ilə həllinə çağırış da var.