19-cu əsr məşhur rus rəssamı Levitanın ev muzeyindən 5 rəsm əsəri oğurlanıb

Məşhur rus rəssamı Levitanın Plesdəki ev muzeyindən 5 orijinal rəsm əsəri oğurlanıb.

Əsərlərin heç biri sığorta olunmamışdı.

Polis şəhərdən çıxan bütün yolları nəzarətə götürüb, bütün maşınlar yoxlanılır.

Plesdəki ev muzeyi 1972-ci ildə açılıb.

“Qızıl payız” kimi məşhur peyzajlar yaradan İsaak Levitan 1888-1889-cu illərdə bu evdə yaşayıb.