Bu barədə AzadlıqRadiosuna dövlət başçısı İlham Əliyevlə görüşən Quzanlı kənd sakinləri məlumat veriblər.
«Çox əla bir görüş oldu, prezident cəbhə bölgəsinə gəldiyi üçün adamların əhval-ruhiyyəsi çox yüksəkdir. Bir az olar prezident bizim kəndi tərk edib başqa kəndlərə getdi».
Hələki rəsmi kütləvi informasiya vasitələri bu görüş barədə məlumat vermir. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə deyilir ki, prezident cəbhə kəndlərində əsgər və zabitlərlə görüşüb.
Avqustun 1-ə keçən gecə Azərbaycanla Ermənistan sərhəddi və təmas xətti boyunca hər iki tərəfdən canlı qüvvə itkisi ilə nəticələnən atəşkəs pozuntusu olub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanm silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun Azərbaycan ordusunun mövqelərinə hücumu nəticəsində 8 əsgər həlak olub. Rəsmi məlumatlarda qarşı tərəfin də çoxsaylı itkilər verdiyi bildirilir. Ermənistan tərəfi bir neçə əsgərinin öldüyünü və yaralandığını bildirir.