Cəbhə xəttindən 200 metr aralı - Mirəşəlli kəndi

Bu qəbiristanlığı erməni hərbi postundan təxminən 200 metr ayırır. Tez-tez atışma olduğundan, insanların təhlükəsizliyi üçün yazılı xəbərdalıq edilib.

Mirəşəlli sakinləri deyir ki, atəşkəs dövrü olsa da, ermənilərin açdığı atəşlər nəticəsində burada çox qəbir dağılıb.

Cəbhə bölgəsində yerləşən Mirəşəlli kəndinin qəbiristanlığı. Kənd qəbiristanlığı tez-tez atəşə tutulsa da, kənd sakinləri ölülərini burada dəfn etməkdə davam edirlər.

Sakinlərin dediyinə görə, atışma, adətən, həftənin 4-cü günü - cümə axşamları olur.

Mirəşəlli cəbhə bölgəsindəki bu əkin sahələrini erməni postundan təxminən 300 metr ayırır.

​Mirəşəlli kənd sakinləri, əsasən, maldarlıq və əkin-biçinlə məşğul olurlar.

Mirəşəlli kənd sakini Hüseyn Quliyev: "Bu atışmalar bizim üçün böyük bir göstərici deyil".

Kəndin 15 yaşlı sakini: "Hər gün inəyimizi otarmağa aparıram. İnəyin qaçıb minaya düşməməyi üçün yerə dəmir parçası vurub inəyi ona bağlayır".

Təhlükənin bir addımlığında pozitiv uşaqlar.

Rəhimovların evləri kəndin qurtaracağında yerləşir. Bu evdən o  yana hərbi postlar gəlir.

Atışma başlayanda valideynlər uşaqları gizlətməyə yer tapmırlar.

İncinin yelləncəyi həyətlərinin ən təhlükəli yerindədir - açıqlıqda. Atılan güllərin bura düşmə ehtimalı daha çoxdur. 

Vaxtilə özləri güllə yağışında evlərindən didərgin düşüb. İndi bu ana öz keçmişinə dönür, uşaqlarının da eyni taleyi yaşayacağından qorxur...

Kənd sakini: "Qulağımızın dibindəki erməni yadımızdan çıxmışdı... Amma indi hamının əli-ayağı soyuyub..."

Ağdam camaatı səhərin gözü açılandan iş başındadır. 

Kənd camaatı heyvanları üçün biçdikləri yoncanı yığıb gətirməyə gedirlər.

Axşama yaxın hamı evinə yığılır. İşin yorğunluğu qalsa da, neçə gündür ki, ağdamlılar gecəni oyaq qalırlar.