Yaralı Azərbaycan əsgərləri müalicə üçün Türkiyəyə aparıldı

-

Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozuntusu zamanı yaralanan 3 Azərbaycan hərbçisi müalicə üçün avqustun 9-da təyyarə ilə Türkiyəyə yola salınıb.

Müdafiə Nazirliyindən məlumatı təsdiqləyiblər və bildiriblər ki, həmin əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb.