Kənd təsərrüfatı ilə bağlı layihənin ikinci mərhələsi başlayır

Oktyabrın əvvəlində, Dünya Bankı və Azərbaycan hökuməti arasındakı «Kənd təsərrüfatının inkişafı və kreditləşməsi» layihəsinin ikinci mərhələsi haqda saziş imzalanacaq. Müddəti 10 il olan layihənin bütün mərhələlərinin maliyyələşdirilməsi 100 milyon dollara başa gələcək. Hökumət bu layihənin dörd illik birinci mərhələsini 2005-ci ilin sentyabrında başa çatdırıb. Kənd Təsərrüfatı naziri İsmət Abbasovun sözlərinə görə, ilk mərhələdə torpaqların qeydiyyatı üzrə 10 regional idarə, 5 bölgədə məsləhətxanalar və 25 yerdə veterinar məntəqələr yaradılıb. Bütün bu işlərə Dünya Bankı 34 milyon dollara yaxın vəsait ayırmışdı.