Moskvalıların ən çox oxuduğu kitablar – REYTİNQ

-

Moskva kitabxanalarında ən çox oxunan kitabların reytinqi tərtib edilib.

Rusiyalı detektiv yazarı Boris Akunin və Nobel mükafatlı Kolumbiya yazıçısı Gabriel Garcia Marquez öndədirlər.

Başqa bir rus yazıçısı Aleksei İvanovun «Географ глобус пропил» romanına da maraq ötən il çəkilmiş eyniadlı filmdən sonra yenidən artıb.

İyul ayına aid bu reytinqi Moskvadakı Kitabxana Mərkəzinin əməkdaşları tərtib ediblər.

Oxucular yayda mütaliə üçün Dina RubinaLyudmila Ulitskayanın da yaradıcılığına müraciət edirlər.

Kitabxananın əməkdaşı "Московский Комсомолец" qəzetinə deyib ki, Marquez-in əsərlərinə maraq onun ölümündən sonra xeyli artıb.

Amerika yazıçısı Scott Fitzgerald-ın əsərləri də yenidən populyarlaşıb – onun əsəri əsasında 2013-cü ildə çəkilmiş “Möhtəşəm Qatsbi” filmindən sonra.

Uşaq kitabları arasında ən çox oxunanı isə “Alisa möcüzələr ölkəsində”dir.

2012-ci ildə Nobel mükafatı almış Çin yazıçısı Mo Yanın da əsərlərinə böyük tələbat var.

Elmi-populyar əsərlər arasında isə ən çox tələbat bioqrafik oçerklər və səyahət kitablarınadır.