İctimai Komitə xaricdəki azərbaycanlı məhbuslarla da maraqlanacaq

İctimai Komitənin üzvləri istədikləri həbsxanada monitorinq apara bilərlər

Məhkumların islahına və penitensiar müəssisələrin fəaliyyətinə nəzarət üzrə İctimai Komitə yalnız Azərbaycandakı cəzaçəkmə müəssisələriylə deyil, başqa ölkələrdə cəza çəkən azərbaycanlı məhbusların hüquq və azadlıqlarının təmin olunması, onların saxlanma şəraiti ilə də maraqlanacaq. Ədliyyə Nazirliyi yanında yeni yaradılmış bu Komitənin koordinatoru Kamil Səlimov «Azadlıq» radiosuna bildirib ki, hazırda Rusiyada, Ukrayna və eləcə də başqa MDB ölkələrində xeyli azərbaycanlı məhbus olsa da, onların hüquq və azadlıqları ilə maraqlanan yoxdur.


9 nəfərdən ibarət İctimai Komitə hüquq müdafiə fəalları və qeyri-hökumət təşkilatlarının təmsilçilərindən ibarətdir. Komitənin üzvləri istədikləri həbsxanada monitorinq apara, istədikləri məhbusla bağlı araşdırma apara bilərlər.