«Yarımçıq əlyazma»-- indi də italyan dilində...

«Yarımçıq əlyazma» italyan dilində

-

AMEA-nın yaydığı xəbərə görə, Azərbaycan yazıçısı, akademik Kamal Abdullanın «Yarımçıq əlyazma» romanı italyan dilində çapdan çıxıb.

Daniele Franzoni-nin tərcümə etdiyi kitabda ön sözün müəllifi yazıçı və tarixçi, Florensiya Universitetinin professoru Franko Cardini, redaktoru professor Micheline Bernardini-dir.

Bu əsərdə Dədə Qorqudun və Orta çağ Azərbaycan hökmdarı, şairi Şah İsmayıl Xətainin bir-biri ilə çulğaşan həyat hekayətləri təqdim olunur.

Romanda VIII əsrdən XV əsrədək oğuz eli tayfalarının həyatı ilə bağlı maraqlı məqamlar yer alıb.

«Sandro Teti» nəşriyyat evində çapdan çıxan kitabın ön sözündə professor Franko Cardini romanın italiyalı oxucular tərəfindən bəyəniləcəyinə əminliyini vurğulayıb.

İtaliyanın «Sole 24 Ore» qəzeti əsəri 3 ay ərzində hissə-hissə oxuculara təqdim edib.

Yazıçı Kamal Abdullanın «Yarımçıq əlyazma» romanı Fransada («Le manuscrit inacheve»), Türkiyədə («Eksik əl yazması»), Rusiyada («Неполная рукопись») , Braziliyada («O manuscrito inacabado»), Polşada («Zagadkowy rykopis»), ABŞ-da («The incomplete manuscript»), Qazaxıstanda («Толык емес колжазба»), Avstriyada («Das unvollstandige manuscript») çap edilib.