«Qum, ..Sən qəmmi doğulmusan?» [Dinlə]

Ələkbər Salahzadə

-

Elə bil gün o gün, qar o qar,
haradasan?
O günə qar yağar,
o qara qar yağar –
şığıyar qara qar.
Qar o qar, Yağar ha, ha yağar,
o saça, kirpiyə qar yağar,
ağarar, ağarar,
haradasan?
Söyüdlər qarıdı,
haradasan?
Saçları ağara-ağara
yayda da düşərəm o qara...

Sentyabrın 1-də şair Ələkbər Salahzadənin ölümündən 1 il ötdü.

Amma ölümünün birinci ilində bu «sadə, gözəgörünməz və elitar şair»i xüsusi anan olmadı...

AzadlıqRadiosunun «İz» proqramı bu həftə Ələkbər Salahzadəyə həsr olumuş xüsusi buraxılışını – «Sadə, gözəgörünməz, amma elitar şairin dastanı»nı təqdim edir.

Verilişə mərhum şairin sənət dostları – «Azərbaycan» jurnalı redaktorunun müavini Vaqif Yusifli və şair Ramiz Qusarçaylı qatılıb.

Gerçək poeziyanın izinə düşək, mərhum şairin şeirlərini dostlarının dilindən eşidək.

Qum,

Havaxt ovulmusan ki,

Sonra da qum olmusan?

Sən qummu doğulmusan?

Qum adında gömülmüsən.

Üyünüb qum olmusan!

Qum, dönüb nə olacaqsan?..

Sən qəmmi qalacaqsan?..

Sizin brauzer HTML5-i dəstəkləmir

İz - «Qum, ...Sən qəmmi doğulmusan?»