AzadlıqFM - Sənin də Vine-ın (videoməzən) varmı?

Sizin brauzer HTML5-i dəstəkləmir

Ağlına bir ideya gəlib? Həm məzəli, həm də düşündürücü? Gəlibsə, qalır bu fikri 6 saniyədə canlandırmaq. Beləcə, sənin Vine videon –videoməzən hazır olacaq. İki il olar fəaliyyət göstərən Vine video xidməti Azərbaycanda da istifadəçilərin marağını doğurub. Gənclər öz məzəli videolarını «Vine Azerbaijan» adı ilə paylaşırlar. Bəs bu videoməzələr nə dərəcədə uğurlu alınır?