Suriyaya 3 azyaşlı övladı ilə birlikdə gedən tacik qadının saxlanması Suriyada “cihad edən” 20 tacikin üzə çıxarılmasına kömək edib. Nasiba Fattoeva bu həftə Qırğızıstanın Batken vilayətində saxlanıb və tacik rəsmilərinə təhvil verilib.
Fattoeva deyib ki, Suriyadakı ərinə qoşulmaq istəyir və yaşadığı kənddən 20 kişi Suriya hökumət qüvvələrinə qarşı savaşan islamçılara qoşulub.
Qazaxıstan, Qırğızıstan və Tacikistan rəsmiləri bir neçə dəfə bildiriblər ki, Orta Asiyadan yüzlərlə şəxs Suriyada “cihadçı” kimi vuruşur.