Yeddi yeniyetmə məhbus tələbə bileti aldı

Oktyabrın 1-də yeddi nəfər yeniyetmə məhbusa müxtəlif orta ixtisas məktəblərinin tələbə bileti verildi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nümayəndəsi Teymur Mustafayev bildirdi ki, tələbələr təhsillərini cəzaçəkmə yerində qiyabi davam etdirəcəklər. Onların qəbul olunduğu texnikumların müəllimləri dərsləri cəzaçəkmə yerində keçəcək və imtahanı da burada götürəcəklər.


Yeniyetmələr üçün cəzaçəkmə müəssisəsində saxlanan gənclər bir ay əvvəl imtahan vermişdilər.


Bu, Azərbaycanda məhbusların orta ixtisas təhsili almasına imkan verən ilk hadisədir. TQDK-nın nümayəndəsi T.Mustafayev bildirir ki, gələcəkdə məhbuslar arasında ali məktəbə qəbul keçirilməsi haqqında da düşünülə bilər.