«Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatı «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun həbsinə etiraz edir. Təşkilatın Avropa və keçmiş sovet ölkələri üzrə bölməsinin rəhbəri Elsa Vidal «Azadlıq» radiosuna müsahibəsində deyib ki, qurum cənab Zahidov barədə çıxarılmış hökmü siyasi xarakterli hesab edir, çünki onun narkotik maddə alveriylə məşğul olması, ya da narkotikadan istifadə etməsi barədə ittihamlar indiyə qədər sübut olunmayıb: «Sakit Zahidovun narkoman olduğunu sübut edən dəlil yoxdur. Bütün bunlara baxmayaraq, o, 3 illik həbs cəzası aldı. Biz bilirik ki, cənab Zahidov Azərbaycanda prezident İlham Əliyevə qarşı tənqidi yazılarına görə tanınırdı. Ona görə də əminik ki, bu, siyasi həbsdir. Və biz buna qəti etiraz edirik».
Elsa Vidal bildirib ki, «Sərhədsiz Reportyorlar» Azərbaycanda mətbuatın vəziyyətinin yenə pisləşməsinə təəssüflənir.