Mövsüm Səmədov qapalı rejimli həbsxanaya köçürülür

Mövsüm Səmədov

-

Oktyabrın 9-da Qaradağ rayon Məhkəməsi Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovla bağlı təqdimata baxıb. Təqdimatı məhkəməyə M.Səmədovun saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi verib. Təqdimatda Mövsüm Səmədovun qapalı rejimdə saxlanmaq üçün Qobustan həbsxanasına köçürülməsi xahiş olunub.

Anar Qasımlının verdiyi məlumata görə, məhkəmə M.Səmədovun iki il müddətinə həbsxana rejiminə keçirilməsi ilə bağlı qərar çıxarıb.

Mövsüm Səmədov öz çıxışında qərarı sifarişli və əsassız hesab etdiyini bildirib.

Mövsüm Səmədov ötən ay – sentyabrın 18-də 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib.

Anar Qasımlı deyir ki, Qaradağ məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.