Azərbaycan əsgəri həlak olub

-

Oktyabrın 9-da atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan ordusunun kiçik çavuşu Tural Əhmədov həlak olub.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

1990-cı il təvəllüdlü Tural Əhmədov Ağdam rayonundan hərbi xidmətə çağırılıb.

Nazirliyin məlumatına görə, hadisə ilə bağlı cinayət işi açılıb.