Fərhad Əliyevin həbs müddəti daha 6 ay uzadılıb

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin həbs müddəti daha 6 ay uzadılıb. Oktyabrın 2-də Nəsimi Rayon Məhkəməsi bu barədə qərar çıxarıb.


Sabiq nazirin vəkillərindən biri Ramiz Məmmədovun bildirdiyinə görə, qanunvericilikdə bu, istintaq hərəkətlərinin aparılması üçün sonuncu müddət hesab edilir.


Fərhad Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Hazırda o, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanır.