-
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin orqanı olan “Aydın yol” qəzetinin ilk sayı çap olundu.
OxuZalı xəbər verir ki, qəzetin birinci nömrəsində yazıçı Elçin Əfəndiyevlə geniş müsahibə, ədəbiyyat üzrə Nobel mükafatçısı PatrikModiano barədə araşdırma yazı, Əlisəmid Kürün şeirləri, yazıçı Saday Budaqlının “Bir yaz günü” hekayəsi və başqa ədəbi materiallar, müsahibələr və tərcümələr yer alıb.
“Aydın yol” qəzetinin Baş redaktoru Fəxri Uğurludur.
Qəzet həftənin cümə günləri satışda olacaq.