Nobelli yazıçı İslam fundamentalizmini pisləyir

Mario Vargas Llosa

-

“Dünyada ən çox narahatlıq doğuran şeylər dini fundamentalizm (xüsusən də İslam təməlçiliyi) və millətçilikdir”.

Bunu Nobel mükafatlı Peru yazıçısı Mario Vargas Llosa deyir. Onun fikrincə, kollektivist ideologiyanın bu iki növü tarixən ən böyük bəlaların səbəbi olub və indi – dünyada tolerantlıq və dinc birgəyaşayış dəyərlərin yayılmaqda olduğu dövrdə yenidən ortaya çıxıb.

Yazıçı düşünür ki, “Ərəb baharı”na daha güclü dəstək verilməli idi.

Onun fikrincə, hazırda Suriyada baş verən faciəvi hadisələrin kökündə Qərbin üsyanın ilk dövrlərində diktaturaya qarşı mübarizənin önündə gedən demokratları lazımınca dəstəkləməməsi durur:

“Qərbin səhvi ucbatından demokratik hərəkat barışmaz cinayətkar ünsürlərin, fundamentalistlərin nəzarətinə keçdi”.

Təməlçilərin başkəsmə aksiyalarına gəldikdə isə, Llosa deyir ki, medianın bu hadisələri şouya çevirməsi dəhşətli bir tendensiyadır.

Dəyərlərin aşınmasından xəbər verir.

Maskalı terrorçu Britaniyalı girovun başını kəsməmişdən əvvəl, Suriya

Halbuki media terrorçuların ideyalarının beyinləri zəhərləməsi qarşısında bir baryer olmalıdır.

Yazıçı düşünür ki, bu cür praqmatik yanaşma demokratik ənənələrə, şərlə mübarizə ideallarına ziddir.

Llosa deyir ki, populizm millətçiliyin əsas elementidir, onu Şotlandiyada məğlub etmək mümkün oldu, amma indi İspaniyada qabarır.

“Mənim fikrimcə, ispaniyalıların çoxu millətçilik tərəfdarı deyil, amma onlar millətçiliklə necə mübarizə aparmağın, onu məğlub etməyin yolunu bilmirlər”.

Yazıçı hesab edir ki, insanın “siyasət çirkindir” deyib öz ölkəsində gedən proseslərə müdaxilə etməməsi yolverilməzdir.

“Əgər siz siyasətdən üz çevirsəniz, o ən nanəcib insanların nəzarətinə keçəcək. İnsan əmin olmalıdır ki, cəmiyyətdə siyasətlə məşğul olanlar ən gözəl, ən ağıllı, ən tərbiyəli, ən rəhmdil və ən idealist şəxslərdir” – deyib Llosa.