Musiqili Teatrın aktrisası «Operetta və müzikl ulduzları» festivalına qatılacaq

Nərgiz Kərimova

-

Dövlət Musiqili Teatrının aparıcı səhnə ustası Nərgiz Kərimova yaxın günlərdə Qazaxstan Respublikasının Karaqanda şəhərində keçiriləcək "Operetta və müzikl ulduzları" IV Beynəlxalq Festivalında Azərbaycanı təmsil edəcək.

Festival oktyabrın 31-dən noyabrın 13- dək davam edəcək.

Nərgiz Kərimova 1989-cu ildə Bakıda keçirilən "Qızıl payız-89" Respublika müsaqibəsinin, 1990-cu ildə isə Moskvada keçirilən "Yeni adlar" III Ümumittifaq müsabiqəsinin laureatı olub.

1991-ci ildə Almatı şəhərində keçirilən M. Qlinka adına XIV Beynəlxalq vokalçılar müsabiqəsində uğurlu çıxışına görə diplomla təltif olunub.

Nərgiz Kərimova dünyanın bir sıra ölkələrində təşkil olunan Azərbaycan Mədəniyyət günlərində iştirak edib, simfonik və kamera orkestrlərinin müşayiəti ilə klassik və müasir əsərləri böyük ustalıqla ifa edib.

2002-ci ildən Dövlət Musiqili Teatrında çalışan aktrisa repertuarda olan "Talelər qovuşanda" tamaşasında Nərgiz, "Volqalı canan"da Mülayim, "Bir günlük siğə"də Mələk, "Aldın payını, çağır dayını"da Süsən, "O olmasın, bu olsun"da Gülnaz, "Qısqanc ürəklər"də Səbinə, "Milyonçunun dilənçi oğlu"da Bildirçin, "Arşın mal alan"da Gülçöhrə, "Xanuma"da Keto kimi obrazları özünəməxsuz ustalıqla oynayıb, yaddaqalan obrazlar silsiləsi yaradıb