Rusiya Donbassa yardım göndərir

-

Donbassa Rusiya yardımı daşıyan karvan Ukrayna ilə sərhədi keçib. Xəbəri İnterfax yayıb.

Karvanın bir hissəsi Donetskə, ikincisi Luqanska gedəcək. Karvan Donbass sakinlərinə 3 tonluq yardım çatdıracaq. Buraya ərzaq məhsulları, tibbi ləvazimatlar, qışa hazırlıq vasitələri daxildir.

Rusiyanın dördüncü humanitar karvanı oktyabrın 28-də Ukraynaya yola düşüb. Qırmız Xaç bu yardımın çatdırılmasında iştirak etmir.

Ukrayna hakimiyyəti bildirir ki, növbəti humanitar yardım karvanına dair Rusiya heç bir rəsmi sənəd təqdim etməyib. Kiyev Moskvanın bu davranışını beynəlxalq razılaşmaların pozulması sayır.

Avqust və sentyabrda Rusiya Luqansk və Donetskə 3 yardım karvanı göndərib. Ukrayna hakimiyyəti bildirib ki, yük maşınları sərhədi qanunsuz keçib və bunu öz ərazisinə birbaşa müdaxilə adlandırıb.