Dərbənd teatrı Bakıya “Sönmüş talelər"lə gəlib

teatr loqosu

-

Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi Azərbaycanda qastrol səfərindədir.

Səfər çərçivəsində kollektiv noyabrın 6-da Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində yazıçı-dramaturq Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Narkomanlığa qarşı mübarizəyə həsr olunmuş tamaşada rolları Əməkdar Artistlər Mahir Məlikov, Əliyar Hüseynov, aktyorlar Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Rəhilə Ömərova, Səbuhi Ömərov, Hörmət Aslanov, Təhminə Ömərova, Səidə Əliyeva və başqaları ifa edəcəklər.

Dərbənd teatrı noyabrın 20-dək Azərbaycanın bir sıra bölgələrində həmin tamaşa ilə çıxış edəcək.