Azərbaycan filmi «Altın kedi» mükafatını qazandı

15-ci İzmir Qısa Film Festivalı. "Sonuncu" filmi mükafatlandırılarkən.

-

15-ci İzmir Qısa Film Festivalının mükafatlandırma mərasimi sona çatıb.

Festivalın rəsmi saytı “Altın kedi” mükafatının Milli kateqoriyada "Ən yaxşı yerli film" kimi Serhat Karaaslan-ın "Dondurma (Ice Cream)" və beynəlxalq kateqoriyada "Ən yaxşı xarici film" kimi Azərbaycan istehsalı-- "Sonuncu (The Last)" filminə verildiyini bildirib.

"Azərbaycanfilm" kinostudiyası ilə "Buta films" şirkətinin birgə çəkdikləri "Sonuncu" bədii filmi 2014-cü ilin mayında 67-ci Kann kinofestivalının əsas proqramına qatılıb.

Filmin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmov, baş rolun ifaçısı (veteran rolunda) isə İdris Rüstəmovdur.


Film II Dünya Müharibəsinin sağ qalmış sonuncu veteranından bəhs edir. Çəkilişlər Şabranda rayonunda aparılıb.